“Oğullarımızı bilərəkdən ölümə göndəriblər” – Erməni əsgər anaları
İttihama görə, xüsusi döyüş tapşırığına cavabdeh olan general Makaryan Arsen Abqaryanın dəstəsinin mühasirəyə alındığını öyrəndikdən sonra köməyə tələsməyib, geri çəkilmək əmri verib və Qafana qayıdıb. Nəticədə “kimyaçıların hərbi hissəsi” adlanan Abqaryanın dəstəsinin 40 hərbçisindən 5-i əsir götürülüb, 12-si həlak olub, qalan 23 hərbçi və avtobus sürücüsü itkin düşüb.
General Andranik Makaryan heç nə etməməkdə ittiham olunur və onu 7 ildən 13 ilə qədər həbs gözləyir.
Samir Quliyev
AzVision.az
Teqlər: Ermənistan