"Yaxamdan tutub, yerə yıxdı" - Şahzadə qardaşı ilə davasından yazdı

   "Yaxamdan tutub, yerə yıxdı" -    Şahzadə qardaşı ilə davasından yazdı
  05 Yanvar 2023    Oxunub:1142
Uels şahzadəsi Harri öz xatirələrində böyük qardaşı Uilyam ilə davalarının təfərrüatlarını bölüşüb.
Bu barədə Britaniyanın “The Guardian” qəzeti onun xatirə əsərinə istinadən məlumat yayıb. Kitabda hadisənin 2019-cu ildə Londonda baş verdiyi iddia edilir. Münaqişə Böyük Britaniya kralı III Çarlzın kiçik oğlunun həyat yoldaşı amerikalı Meqan Markla görə yaranıb.

Harrinin sözlərinə görə, Uilyam qardaşına kömək etmək istədiyini bildirib və münasibətlərini yoluna qoymaq üçün onun yanına gəlib. Ancaq onların söhbəti xoşluqla bitməyib. Britaniya taxt-tacının varisi Marklı “çətin”, “kobud” və “əsəbi” adlandırıb və bununla da mətbuatın leytmotivini təkrarlayıb. Kitabda iddia olunur ki, mübahisə əlbəyaxa dava ilə bitib.

Harri yazır:" O, mənim yaxamdan tutdu, boyunbağımı qoparıb məni yerə yıxdı. Mən itin kasasının üstünə düşdüm. Bir müddət belə vəziyyətdə qaldım, heyrətlənmişdim. Sonra ayağa qalxdım və ona getməsini əmr etdim".

Şahzadə Harri daha əvvəl atası Kral III Çarlz və qardaşı Şahzadə Uilyamla münasibətlərdə ailə istiliyinin olmadığını bildirmişdi.

Qeyd edək ki, şahzadə Harrinin xatirələrindən ibarət kitab bu ilin 10 yanvarından satışa çıxarılacaq.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti