"Merkel və Olland Ukrayna münaqişəsinin günahkarlarıdır" - Duma sədri

   "Merkel və Olland Ukrayna münaqişəsinin günahkarlarıdır" -    Duma sədri
  05 Yanvar 2023    Oxunub:734
Rusiya Federasiyasının Dövlət Dumasının sədri Vyaçeslav Volodin Fransanın keçmiş prezidenti Fransua Ollandı və Almaniyanın keçmiş kansleri Angela Merkeli Minsk razılaşmalarına əməl etməməkdə, Kiyevə Donbasa qarşı hərbi əməliyyatlara hazırlaşmaq imkanı verməkdə və bununla da Ukrayna münaqişənin səbəbkarlarına çevrilməkdə ittiham edib.
AzVision.az xəbər verir ki, bu barədə siyasətçi özünün Telegram kanalında yazıb. O qeyd edib ki, Merkel və Olland Kiyev rejimini hərbiləşdirmək üçün Minsk razılaşmalarını sabotaj edərək beynəlxalq ictimaiyyəti aldadıblar.

Volodin vurğulayıb ki, Ukraynada baş verənlərə görə ilk növbədə Almaniya və Fransa cavab verməli olacaq, Vaşinqton isə “belə vəziyyətlərdə əllərini yuyur”. "Eyni zamanda, Almaniya hökuməti öz sələflərinin yaratdığı problemləri Rusiyanın üzərinə qoyur", siyasətçi əlav edib.

Qeyd edək ki, Olland Minsk razılaşmalarının Kiyev rejiminə ordusunu gücləndirmək imkanı verdiyini deyərkən “Merkel haqlı olduğunu” bildirmişdi. O, “2014-cü ildən Ukraynanın hərbi potensialını gücləndirdiyini” və bunun “Minsk razılaşmalarının məziyyəti” olduğunu bildirib.

Bundan əvvəl isə Merkel “Die Zeit” qəzetinə müsahibəsində Minsk razılaşmalarının “Ukraynaya vaxt vermək cəhdi” olduğunu bildirmişdi. Rusiya prezidenti Vladimir Putin isə Almaniyanın keçmiş kanslerinin açıqlamalarını gözlənilməz və məyusedici olduğunu bildirmişdi.

Aytən Zəhra
AzVision.az


Teqlər: Rusiya   Ukrayna   Fransa   Almaniya  





Xəbər lenti