Niderlandda ölüm halları doğuş sayını üstələdi

Niderlandda ölüm halları doğuş sayını üstələdi
  05 Yanvar 2023    Oxunub:611
Niderlandda 1900-cü ildən bəri ilk dəfə ölüm halları doğum nisbətini üstələyib.
Bu barədə ölkənin Mərkəzi Statistika İdarəsi məlumat yayıb. Məlumata görə, 2022-ci ildə Hollandiyada 168 min uşaq doğulub, 169 min nəfər isə dünyasını dəyişib. Oxşar vəziyyət yalnız 1900-cü ildə qeydə alınıb.

Bu vəziyyətin səbəblərindən birinin koronavirusla bağlı ola bilməsi etimal edilə bilər, lakin ekspertlər hər şeydə pandemiyanı günahlandırmamağa çağırırlar.

Statistika idarəsi, həmçinin qeyd edib ki, Niderlandın əhalisi isə müvafiq olaraq artmaqda davam edir, bunun səbəbi miqrasiyadır. Hazırda ölkədə 17,8 milyon insan yaşayır. 2022-ci ildə ölkə əhalisi 227 min nəfər artıb.

AzVision.az



Teqlər:





Xəbər lenti