Moskvada əsrin ən soyuq beş günü gözlənilir
![Moskvada əsrin ən soyuq beş günü gözlənilir
Moskvada əsrin ən soyuq beş günü gözlənilir](https://azvision.az/photos/2023/01/1672841158.jpg)
Onun sözlərinə görə, Moskvada bu əsrdə ən soyuq beş günlük həftə olacaq.
Meteoroloq bildirib ki, buna qədər paytaxtda 2-6 dərəcə şaxta ilə kifayət qədər rahat temperatur gözlənilir.
“Çox kəskin soyuqlar, şaxtanın düşməsi yanvarın 6-da baş verəcək. Gecələr -20-22, gündüzlər də -18-20 dərəcə şaxta olacaq. Milad gecəsində şaxta daha da güclənəcək, havanın temperaturu -27 dərəcəyə , yanvarın 8-də isə -29 dərəcəyə qədər enəcək. Moskvada Yeni il tətilindən sonra hər kəsin işə gedəcəyi 9 yanvarda gün ərzində temperatur fonu -20 dərəcəyə yaxın olacaq. Bu, son 23 ildə, yəni 21-ci əsrin əvvəlindən bəri ən soyuq beş günlük dövr olacaq”, deyə Vilfand qeyd edib.
AzVision.az
Teqlər: