“Patriot” sistemlərinin Ukraynaya təhvil verilməsi üçün hazırlıqlara başlanılıb
![“Patriot” sistemlərinin Ukraynaya təhvil verilməsi üçün hazırlıqlara başlanılıb “Patriot” sistemlərinin Ukraynaya təhvil verilməsi üçün hazırlıqlara başlanılıb](https://azvision.az/photos/2023/01/2022-02-10T091035Z_1180026668_RC2XGS9FZ2L9_RTRMADP_3_UKRAINE-CRISIS-OSCE-RAU-pic_32ratio_1200x800-1200x800-14633-1672838259.jpg)
"Keçən ili biz Ukraynanı "Patriot" sistemləri ilə təmin etmək üçün Ukrayna və ABŞ liderləri Vladimir Zelenski və Cozef Bayden tərəfindən razılaşdırılan inqilabi qərarla yekunlaşdırdıq. Biz ABŞ-ın bu addımını çox yüksək qiymətləndiririk. "Patriot" sistemlərinin mümkün qədər tez yerləşdirilməsini səbirsizliklə gözləyirik. Bu sistemlərin təhvil verilməsi üçün hazırlıqlar artıq başlayıb", Kuleba vurğulayıb.
Ukrayna diplomatiyasının rəhbəri əlavə edib ki, bu gün prezident Zelenski və bütün diplomatik komanda Qərb silahlarının yeni növlərinin tədarükü ilə bağlı yeni həllər üzərində intensiv işləyir: "Bu, ilk növbədə, Qərb tipli tankların və digər zirehli texnikaların tədarükünə aiddir".
AzVision.az
Teqlər: