Saakaşvilinin tərəfdarları 14 ölkədə aksiya keçirəcək

   Saakaşvilinin tərəfdarları 14 ölkədə aksiya keçirəcək
  04 Yanvar 2023    Oxunub:759
Gürcüstanın həbsdə olan keçmiş prezidenti Mixail Saakaşviliyə dəstək məqsədilə bu gün dünyanın 14 ölkəsində "SaveMisha" beynəlxalq aksiyası keçiriləcək.
Mitinq və piketlər Gürcüstanın Nyu-York, Vaşinqton, London, Berlin, Münhen, Frankfurt, Vyana, Brüssel, Strasburq, Haaqa, Praqa, Stokholm, Bern, Sofiya, Barselona, ​​Afina və digər şəhərlərdəki konsulluq və səfirliklərində keçiriləcək.

Tədbirlərin Gürcüstanda da keçirilməsi planlaşdırılır. Saakaşvilinin tərəfdarları saat yerlu vaxtla 18:00-da Tbilisidəki Sülh körpüsündə, Kutaisidəki keçmiş parlament binasında, keçmiş baş nazir Bidzina İvanişvilinin Şekvetili kəndindəki evində, həmçinin Batumi, Zuqdidi, Rustavi, Qori və Telavidə toplaşacaqlar.

AzVision.az


Teqlər:





Xəbər lenti