"Bu, amerikalıların faydalandığı real iqtisadi müharibədir"- Pyer de Qoll

 "Bu, amerikalıların faydalandığı real iqtisadi müharibədir"-    Pyer de Qoll
  04 Yanvar 2023    Oxunub:913
Qərb Rusiyaya qarşı əvvəlcədən “sui-qəsd” planlaşdırırdı.
AzVision.az xəbər verir ki, bunu Fransanın eks-prezidenti, general Şarl de Qollun nəvəsi Pyer de Qoll "AgoraVox"a müsahibəsində deyib. O, sanksiyaların sayına və dərinliyinə işarə edərək bildirib ki, bütün bunlar çox uzun müddətə planlaşdırılıb.

"Bu, əslində, amerikalıların faydalandığı real iqtisadi müharibədir", Pyer de Qoll vurğulayıb. Onun sözlərinə görə, görünməmiş iqtisadi və maliyyə böhranında Rusiyanın günahı yoxdur. "Bunun məsuliyyəti Aİ və ABŞ-ın üzərinə düşməlidir. Onlar günahı Moskvanın üzərinə atmağa çalışırlar".

Fransa nümayəndəsi bu cür təzyiqlərə cavab olaraq “rusların özlərini müdafiə etməsini” qanuni və təbii adlandırıb.

"Ruslar sadəcə olaraq özlərini müdafiə edirlər, çünki onlara qarşı 11 min sanksiya, üstəlik doqquzuncu paket qəbul edilib".

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti