Qazaxıstanda fövqəladə vəziyyət elan edildi

   Qazaxıstanda fövqəladə vəziyyət elan edildi
  04 Yanvar 2023    Oxunub:897
Qazaxıstanın Janatas şəhərində fövqəladə vəziyyət rejimi elan edilib.
AzVision.az xəbər verir ki, buna səbəb güclü küləyin elektrik xətlərini zədələməsi olub.

Nəticədə 20 elektrik ötürücü dirəyi yıxılıb. 21 mindən çox insanın yaşadığı şəhərdə külək zəiflədikdən sonra elektrik xətlərində təmir-bərpa işlərinə başlanacaq.

Bildirilib ki, sözügedən şəhərdə 30 m/s-ə çatan külək hələ də davam edir.

AzVision.az


Teqlər:





Xəbər lenti