Zelenski Sunakla telefonla danışdı

   Zelenski Sunakla telefonla danışdı
  03 Yanvar 2023    Oxunub:797
Ukrayna Prezidenti Volodimir Zelenski ilə Böyük Britaniyanın Baş naziri Rişi Sunak arasında telefon danışığı olub.
AzVision.az xəbər verir ki, bu barədə Ukrayna Prezidentinin mətbuat xidməti məlumat yayıb.

Danışıq zamanı siyasətçilər müdafiə sahəsində gələcək əməkdaşlığı müzakirə edib, həmçinin bu il qələbəni yaxınlaşdırmaq üçün səyləri gücləndirmək barədə razılığa gəliblər. Artıq bunun üçün konkret həll yollarının olduğu bildirilir.

Xatırladaq ki, sonuncu birgə söhbət zamanı Volodimir Zelenski və Rişi Sunak Ukraynanın sülh formulunu müzakirə ediblər.

AzVision.az


Teqlər:





Xəbər lenti