"Əvvəlcə nazirlər, sonra prezidentlər görüşəcək" - Çavuşoğlu
!["Əvvəlcə nazirlər, sonra prezidentlər görüşəcək" - Çavuşoğlu "Əvvəlcə nazirlər, sonra prezidentlər görüşəcək" - Çavuşoğlu](https://azvision.az/photos/2023/01/1672297647_1666080853_1647338697_1641218882_1641135636_1602187526506-cavusoglu-1672750499.jpg)
Nazir qeyd edib ki, hazırlıq çərçivəsində Müdafiə Nazirliyi, kəşfiyyat və digər strukturlar vasitəsilə məsləhətləşmələr aparılır.
“Konkret nəticələrə nail olmaq üçün işlər gedir, ona görə də bunlar birdəfəlik görüşlər deyil. Üçtərəfli görüşlərdən isə bütün qərarların qəbulunu gözləmək lazım deyil. Bütün bunlar həssas mövzularda əməkdaşlığımızın konkretləşdirilməsi istiqamətində atılan addımlardır” .
Çavuşoğlu bildirib ki, Suriya tərəfi qaçqınların geri qaytarılması ilə bağlı əməkdaşlığa hazırdır.
Türkiyə və Suriya prezidentləri arasında danışıqlar perspektivlərinə gəlincə, nazir “belə bir qərarın hələ verilmədiyini” deyib və Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın Suriya problemi ilə bağlı mərhələli dialoq aparmaqda qərarlı olduğunu xatırladıb.
"Əvvəlcə kəşfiyyat və Müdafiə Nazirliyi, daha sonra Xarici İşlər Nazirliyi görüşəcək. Sonra liderlərin görüşü ola bilər. Gəlin əvvəlcə biz (xarici işlər nazirləri) görüşək, sonra qiymətləndirmə aparaq", - o deyib.
Şahanə Rəhimli
AzVision.az
Teqlər: