Qarabağa göz dikən İran

//SEPAH niyə təxribatçı video yayıb?

 Qarabağa göz dikən  İran
  02 Yanvar 2023    Oxunub:1838
İranda İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) çəkdiyi iddia olunan təxribat xarakterli video iki gündür ki, Ermənistan mediası və sosial şəbəkələrin erməni seqmentinin gündəminə çevrilib.
Görüntülərdə hərbi geyimdə olan iranlı uşaqlar Xudafərin körpüsünə doğru qaçaraq Azərbaycanın işğaldan azad etdiyi Qarabağa doğru irəliləyirlər. Təxribat videosunun məhz Xudafərin körpüsü yaxınlığında lentə alınması təsadüfi deyil.

Hətta balacaları hərbi geyimdə təsvir etmək də ancaq molla rejiminin zehniyyətinin məhsulu ola bilərdi. Ən pisi isə budur ki, Arazı "əsgər kimi" keçən uşaqlar əllərində İran bayraqları tutmaqla yanaşı geyimlərinə SEPAH döş nişanlarını da taxıblar. Hətta onlardan birinin əlində dalğalanan bayraqda “Qüdsə doğru irəli” yazılıb. Bu isə cənub qonşumuzun anormal şəkildə Qarabağa "yeni Qüds" kimi baxmasının mesajıdır.

Qeyd edək ki, "Mamul"a açıqlama verən iranşünas, radikal fikirləri seçilən Vardan Voskanyan bu videonun əslində Azərbaycana təzyiq və təhdidedici xarakterli olduğunu iddia edib.


Tural Tağıyev
AzVision.az



Teqlər: İran   Təxribat   Qarabağ  





Xəbər lenti