Amma yeni müharibə daha qısa çəkəcək . Lakin o, 2020-ci ildəki altı həftəlik münaqişədən heç də az dramatik olmayacaq. İkinci Qarabağ müharibəsi bitəndən sonra balans Azərbaycanın xeyrinə daha da dəyişib. İrəvan üçün ənənəvi silah alverçisi sayılan Rusiyanın daxildə təchizat çatışmazlığı səbəbindən Ermənistan ordusu qoşunlarını və silah-sursatını artıra bilməyib. Azərbaycan isə əksinə, güclənir. Onun ordusu Ermənistan ordusundan bir neçə dəfə böyükdür, daha yaxşı təchiz olunublar və Türkiyənin dəstəyini də alırlar. Avropanın Azərbaycan qazına artan tələbatı da Bakını ruhlandırıb.
Qərb Kosovoda yeni müharibə istəyirmi? – Serbiyalı politoloqun fikri |
Bu ideya isə ona görə yaranıb ki, guya hətta kiçik rus kontingenti belə sərhəddə hansısa toqquşmaların, hücumların qarşısını ala bilər. Çünki belə olan halda Bakı hərbi əməliyyatlarda Moskvadan ehtiyat edəcək. Yəni, Ermənistanın sərhəd təxribatlarına kəskin cavab verməkdən çəkinəcək.
Lakin Ukraynadakı müharibə başlayandan sonra bu hesablamalar baş tutmadı. Rusiya qüvvələri keçən il bir neçə toqquşma ocağının qarşısını ala bilmədi. Mart və avqust aylarında Azərbaycan qoşunları Qarabağda yeni əraziləri, o cümlədən strateji yüksəkliklərdə yerləşdi. Sentyabrda isə Ermənistanla sərhəddə İrəvanın təxribatı ucbatından güclü toqquşmalar baş verdi. Bu silahlı toqquşmalar getdikcə daha çox qanlı olması və itkilərin verilməsi ilə seçildi.
Ekspertlər bildirirlər ki, Ukrayna müharibəsi Ermənistan-Azərbaycan danışıqlarına da kölgə salıb. Onların sözlərinə görə, Kiyevlə müharibə başlayandan bəri Moskva Brüsselin İrəvanla Bakı arasında aktivləşən vasitəçiliyini Rusiyanın regiona təsirini cilovlamaq üçün növbəti cəhd kimi görür.
“Nəticədə iki saziş layihəsi dövriyyəyə buraxılıb. Biri Rusiya tərəfindən, digəri isə Qərbin dəstəyi ilə Ermənistan və Azərbaycan tərəfindən hazırlanıb”, - hesabatda yazılıb.
Ekspertlər yazırlar ki, sənədlərin hər biri kommunikasiya, ticarət kanallarının bərpasına və Ermənistan-Azərbaycan sərhədinin sabitləşdirilməsinə aiddir. Dağlıq Qarabağ ermənilərinin taleyi isə hələlik başlamamış bu prosesdən kənarda saxlanılıb.
“Qərbin dəstəklədiyi Ermənistan-Azərbaycan layihəsi yəqin ki, daha perspektivlidir. Ona görə ki, o, Bakı və İrəvan tərəfindən hazırlanıb” , - ekspertlər qeyd ediblər.
Lakin onlar bu variantın relallaşacağı təqdirdə Moskvanın buna necə reaksiya verəcəyinin heç kimə bəlli olmadığını vurğulayırlar.
Digər tərəfdən, Beynəlxalq Böhran Qrupunun mütəxəssislərinin fikrincə, tərəflər birgə layihə hazırlamağa çalışsalar da, məsələlərə yanaşmaları hələ də bir-birindən çox uzaqdır.
Yazıda o da vurğulanır ki, hazırda bütün kartlar Bakının əlindədir. Azərbaycan mümkün sövdələşmədə daha çox qazanacaq. Çünki hərbi və xarici siyasət baxımından üstün durumdadır. Hətta öz məqsədlərinə hərbi yolla nail olmağa çalışsa, daha çox fayda görəcək. Ekspertlər xəbərdarlıq edirlər ki, təmaslar sonda nəticəsiz olsa və ya növbəti hərbi münaqişə həm Moskvanın, həm də Qərbin himayə etdiyi "danışıq yolları" nı məhv edəcək. Azərbaycan isə güc yolu ilə bacardığını alacaq.
Tural Tağıyev
AzVision.az