Amerikalı siyasətçi: "NATO və Kiyevin faşist hökuməti məğlub olacaq”

      Amerikalı siyasətçi:    "NATO və Kiyevin faşist hökuməti məğlub olacaq”
  02 Yanvar 2023    Oxunub:1494
Ukraynada ABŞ və NATO-nun Rusiya ordusuna məğlubiyyəti nəticəsində Qərb imperializmi çökəcək.
AzVision.az xəbər verir ki, bu barədə ABŞ-ın Kentukki ştatının qubernatoru vəzifəsinə namizəd olan Cefri Yanq Tvitterdə yazıb.

Kiyev bu il "Patriot" ata bilməyəcək - Bir atış milyon dollardır
“Qərb imperializmi dollar çökəndə sona çatacaq. ABŞ, NATO və Ukraynanın marionet faşist hökuməti döyüş meydanında həlledici məğlubiyyətə düçar olacaqlar”, - siyasətçi qalmaqallı tvit atıb.

Onun fikrincə, Vaşinqtonun məlum sanksiyaları ABŞ üçün xoşagəlməz nəticələrə gətirib çıxaracaq. Bütün Amerika iqtisadiyyatı çökəcək.

Qeyd edək ki, Cefri Yanq bir müddət öncə bəyan etmişdi ki, NATO-nun baş katibi Yens Stoltenberq hərbi cinayətlərə görə mühakimə olunmalıdır. O, ABŞ Konqresində Ukraynanı dəstəkləmək üçün səs verən demokratları da qınayıb.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ukrayna   ABŞ  





Xəbər lenti