Fransa həkimləri tətillərini uzatdılar
![Fransa həkimləri tətillərini uzatdılar Fransa həkimləri tətillərini uzatdılar](https://azvision.az/photos/2023/01/915063f1-5e17-4c8d-a2ff-e750c20aa892-1672672267.jpg)
Fransa Azad Tibb Birliyi, Fransa Həkimlər Federasiyası, Liberal Həkimlər Həmkarlar İttifaqı və Gənc Həkimlər də daxil olmaqla, bir neçə həmkarlar ittifaqları dekabrın 26-da həkimləri tətil etməyə çağırıblar.
Həkimlərin tətili yanvarın 2-də başa çatmalı idi, ancaq hökumətin həkimlərə diqqətsizliyi onları tətili davam etdirməyə sövq edib. Sağlamlıq keşikçiləri yanvarın 5-də Parisdə Panteon meydanından Səhiyyə Nazirliyi istiqamətində etiraz nümayişi keçirəcəklərini bildiriblər.
AzVision.az
Teqlər: Fransa