Fişəng atmaq istədi, 4 barmağını itirdi

Fişəng atmaq istədi, 4 barmağını itirdi
  02 Yanvar 2023    Oxunub:1178
Moskva yaxınlığındakı Puşkino qəsəbəsində bayram atəşfəşanlığına hazırlıq faciə ilə nəticələnib. REN TV-nin yaydığı məlumata görə, yerli sakin fişəng düzəltmək istəyən zaman barmaqlarını itirib.
Həmin şəxs pirotexniki məmulatları sevirmiş. Bu dəfə o, atəşfəşanlıq üçün məhsul hazırlasa da, onu partlada bilməyib. O, fitili dəyişdirmək qərarına gəlib və həmin anda fişəng partlayıb.

Partlayış nəticəsində onun dörd barmağı qopub. Xəsrət alan şəxs xəstəxanaya aparılıb, polis araşdırma aparır.

Tural Tağıyev
AzVision.az



Teqlər: Fişəng  





Xəbər lenti