Dekabrda Avropa anbarlarına qaz vurulması rekord həddə çatıb

Dekabrda Avropa anbarlarına qaz vurulması rekord həddə çatıb
  02 Yanvar 2023    Oxunub:769
2022-ci ilin dekabrında Avropanın yeraltı anbarlarına qaz vurulması 2011-ci ildən bəri bu ay üçün rekord həd sayılıb. Dekabrda Avropa anbarları 2,55 milyard kubmetr qaz toplayıb.
AzVision.az xəbər verir ki, bu barədə "Gas Infrastructure Europe" məlumat yayıb.

Terminallardan Avropa İttifaqının qaz nəqli sisteminə mayeləşdirilmiş təbii qaz axını da rekord vurub. Qaz toplamı ilin sonunda 128 milyard kubmetri ötüb.

Tural Tağıyev
AzVision.az



Teqlər: Qaz   Avropa  





Xəbər lenti