Kiyev bu il "Patriot" ata bilməyəcək - Bir atış milyon dollardır

   Kiyev bu il "Patriot" ata bilməyəcək -    Bir atış milyon dollardır
  02 Yanvar 2023    Oxunub:938
“Patriot” raket sistemləri Ukraynaya 2023-cü ilin birinci yarısında gəlməyə başlayacaq. Lakin yerli hərbçilərdən xüsusi təmir qruplarının hazırlanması təxminən bir il, yəni 53 həftə çəkəcək".
AzVision.az xəbər verir ki, bu barədə Amerikanın "Military Watchmagazin" portalı ABŞ Konqresinin Tədqiqat Xidmətinə (CRS) istinadən məlumat yayıb. Nəşr yazır ki, başqa sözlə, hava hücumundan müdafiə sistemlərini 2024-cü ildən tez istifadə etmək mümkün olmayacaq.

Bundan öncə CNN hər birində dörd raket olan səkkiz buraxılış qurğusundan ibarət yalnız bir batareyanın Ukraynaya təhvil veriləcəyini yazmışdı.

NATO generalı bu il Ukraynada atəşkəs proqnozlaşdırıb
"Military Watchmagazin" isə qeyd edir ki, "hələ də bu yeganə "Patriot" batareyasının necə gələcəyi aydın deyil".

Materialda müəllif Ukraynanın hava hücumundan müdafiəsi üçün nəzərdə tutulan qanadlı raketlərinin dəyəri problemindən də yan keçməyib. Çünki bir atışın qiyməti təxminən milyon dollar qiymətləndirilir.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ukrayna   Patriot  





Xəbər lenti