Rus milyarderlərin sərvəti 93,753 milyard dollar azalıb
![Rus milyarderlərin sərvəti 93,753 milyard dollar azalıb Rus milyarderlərin sərvəti 93,753 milyard dollar azalıb](https://azvision.az/photos/2023/01/8fd3beafd4fc-1672659120.jpg)
İndeks milyarderlərin pay sahibi olduğu şirkətlərin səhmlərinin dəyəri əsasında hesablanır. Ümumilikdə BBI reytinqinə dünyanın 500 ən varlı adamı daxil edilib. Hazırda bura Rusiya Federasiyasının 23 vətəndaşı daxildir. Onların ümumi sərvəti 2 yanvar 2023-cü il tarixinə təqribən 269 milyard dollar təşkil edir ki, bu da 2022-ci il dekabrın 1-i ilə müqayisədə təxminən 27 milyard dollar azdır.
Reytinqdəki birinci yeri isə “Norilsk Nikel”in əsas sahiblərindən biri olan Vladimir Potanin qoruyub saxlayır. Onun sərvəti ötən il 2,28 milyard dollar azalaraq 28,6 milyard olub.
Tural Tağıyev
AzVision.az