Yonhap: "Şimali Koreyanın 15-60 nüvə başlığı ola bilər"

   Yonhap:    "Şimali Koreyanın 15-60 nüvə başlığı ola bilər"
  02 Yanvar 2023    Oxunub:981
Şimali Koreyada 15-dən 60-a qədər nüvə başlığı ola bilər.
AzVision.az xəbər verir ki. bunu Cənubi Koreyanın Yonhap agentliyi məlumat yayıb. Sayt xarici ekspertlərə istinad edib.

Kim Çen In qızı ilə nüvə daşıya bilən raket anbarına gedib
Amerikanın "Bulletin of Atomic Scientists" jurnalı isə yazır ki, sentyabr ayında Şimali Koreyada orta mənzilli raketlər üçün hazır 20-30 nüvə başlığı var idi. Öz növbəsində, Stokholm Sülh Tədqiqatları İnstitutu ölkədə əvvəllər 20 hazır döyüş başlığının olduğunu qeyd edib. Həmçinin KXDR-də daha 45-55 ədəd istehsal üçün materialların olduğu da vurğulanır.

Qeyd edək ki, ABŞ Milli Müdafiə İnstitutunun Milli Strateji Araşdırmalar Mərkəzi hələ 2020-ci ilin noyabrında Şimali Koreyadakı nüvə başlıqlarının sayını 15-60 arası hesablamışdı.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Şimali-Koreya  





Xəbər lenti