"Dünya müharibəsi Ukrayna, Tayvan və ya Koreyada başlayacaq" - Puşkov

"Dünya müharibəsi Ukrayna, Tayvan və ya Koreyada başlayacaq" -   Puşkov
  02 Yanvar 2023    Oxunub:932
Üçüncü dünya müharibəsi Ukrayna, Tayvan və ya Koreya yarımadasındakı hərbi münaqişələr səbəbindən başlaya bilər. AzVision.az xəbər verir ki, bunu Rusiya Federasiyası Şurasının Konstitusiya qanunvericiliyi və dövlət quruculuğu komitəsinin üzvü Aleksey Puşkov deyib.
O, Telegram kanalında yazıb: "Əslində nə Yunanıstan və Türkiyə arasındakı gərginliyə görə, nə də 2023-cü ildə Hindistan və Çin arasında yaranan məhdud ərazi konflikti səbəbindən üçüncü dünya müharibəsi başlamayacaq.

"Üçüncü dünya müharibəsi təhlükəsi realdır" - Polşanın keçmiş prezidenti
Bunun üçün heç bir əsaslı səbəb yoxdur. Məhz bu üç ərazi-Ukrayna, Tayvan və Koreya yarımadasındakı hadisələrin inkişafı dünyanın aparıcı güclərinin iştirak etdiyi hərbi münaqişəyə səbəb ola biləcək”.

Onun fikrincə, Ukrayna ərazisi böyük ehtimalla əsas “toqquşma nöqtəsinə” çevriləcək. Vaşinqton və müttəfiqlərinin “geri çəkilməli olduğu” Suriya isə Puşkov tərəfindən artıq “potensial partlayış zonası” kimi qəbul edilmir.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Müharib   Rusiya   Ukrayna  





Xəbər lenti