Məşhur erməni aktyor başına atəş açdı

   Məşhur erməni aktyor başına atəş açdı
  02 Yanvar 2023    Oxunub:1394
Ermənistanın məşhur aktyorlarından biri İrəvan xəstəxanasına yerləşdirilib. AzVision.az xəbər verir ki, bu barədə kriminal xəbər saytı "Shamshyan" məlumat yayıb.
Məlumata görə, yanvarın 1-də səhər saat 05:30 radələrində İrəvan Dövlət Tibb Universitetinin xəstəxanasından polisə cinayət hadisəsi ilə bağlı məlumat daxil olub.

"Həkimlər 34 yaşlı İrəvan sakini A. L.-nın həyatını xilas edə biliblər.
Müstəntiqlər yaralının qohumlarından biri ilə əlaqə saxlayıblar. Qeyd edilib ki, o, qaz tapançası ilə öz başına atəş açıb. Bunun intihara cəhd, yoxsa ehtiyatsızlıqdan baş verməsi hələlik dəqiqləşdirilməyib.
Polislər A.L.-nin qaldığı mənzildə tapançanı aşkar ediblər. Faktla bağlı cinayət işi başlanıb", - nəşr yazıb.

Saytın məlumatına görə, A. L. Ermənistanda tanınmış sənətçidir və o seriallarda çəkilir. Həmçinin aktyor məşhur teleaparıcılardan birinin qardaşıdır.

Qeyd edək ki, “Joğovurd” nəşri adı tam açıqlanmayan A.L.-nın teleaparıcı Xoren Levonyanın qardaşı Arsen Levonyan olduğunu yazıb.

Tural Tağıyev
AzVision.az



Teqlər: Aktyor   Atəş  





Xəbər lenti