Kim Çen In qızı ilə nüvə daşıya bilən raket anbarına gedib

Kim Çen In qızı ilə nüvə daşıya bilən raket anbarına gedib
  02 Yanvar 2023    Oxunub:1140
Şimali Koreya lideri Kim Çen In qızı ilə taktiki nüvə başlığı daşıya bilən KN-23 və orta mənzilli “Hvason-12” ballistik raketləri olan anbara baxış keçirib.
AzVision.az xəbər verir ki, konkret məkan göstərilməyən raket anbarına baxış keçirilməsi ilə bağlı çəkilmiş fotoları Şimali Koreya televiziyası yayıb.

Fotoların birində 10-a yaxın “Hvason-12” raketini, digərində isə Rusiyanın “İsgəndər” raketlərinin analoqu adlandırılan KN-23 üçün 10-a yaxın mobil buraxılış qurğusu əks olunub.

Tural Tağıyev
AzVision.az



Teqlər: Raket  





Xəbər lenti