Çimərlikdə helikopterlər toqquşdu- Ölənlər var

Çimərlikdə helikopterlər toqquşdu-    Ölənlər var
  02 Yanvar 2023    Oxunub:931
Avstraliyanın Brisben şəhəri yaxınlığındakı “Gold Coast” çimərliyi üzərində iki helikopterin toqquşması nəticəsində ölənlər və xəsarət alanlar var.
AzVision.az ABC telekanalına istinadla xəbər verir ki, qəzanın baş verdiyi Kvinslend ştatının təcili yardım xidməti 13 nəfərin xəsarət aldığını bildirib.

Yerli vaxtla saat 14:00 radələrində baş vermiş qəza yerində hazırda xilasetmə xidmətinin əməkdaşları çalışırlar. Hadisə nəticəsində həlak olanları sayı barədə məlumat verilməyib.

Polis əməkdaşları hazırda qəzanın baş vermə səbəblərini aydınlaşdırırlar.

AzVision.az



Teqlər:





Xəbər lenti