- Ağdamda bura əkinçilik bəhanəsi ilə gələn, həm də "dövlət" işlərində çalışan bir oğlanla tanış olmuşdum. 4 il qarğıdalı əkib, lakin uyğunsuzluq üzündən heç vaxt məhsul əldə edənməmişdi. Həmin sahələr isə nəzarətsiz qalmış, bitkilər qurumuşdu.
![]() |
"Başqa yol qalmayıb, hamımız eyni gəmidə üzürük" -Vardanyan |
Sözügedən hadisədən təxminən 20-25 gün sonra xəbər yayıldı ki, bu gəncin kredit öhdəlikləri olsa da, Arayik Arutyunyan ona yeni biznes üçün daha 200 milyon faizsiz kredit verib. Halbuki, onlar məcburi köçkünlərə qanunla nəzərdə tutulmuş iki milyon kompensasiyanı belə vermirdilər... Nə isə ki, həmin adamı bu yaxınlarda "nazir" vəzifəsinə də qaldırdılar.
Əsas məsələyə, Vardanyanla bağlı proseslərə keçməzdən əvvəl iddia edirəm ki, bu gənc öz fəaliyyət sahəsi ilə bağlı 10 sadə sualın heç birinin cavabını bilməyəcək. İndi Ruben Vardanyan belə adamlarla Qarabağı "xilas edəcək"? Əgər Arayik belə gəncləri vəzifəyə təyin edibsə, onda niyə ümidinizi Vardanyana bağlayırsınız?, - separatçı Amiryan Xankəndinin xaotik şəkildə idarə olunmasından gileylənib.
Xatırladaq ki, Vardanyanın Rusiyadan Xankəndiyə gələn kimi "nazir" təyin edilməsi birmənalı qarşılanmamışdı. Rəsmi Bakı bu siyasi oyuna sərt şəkildə təpki vermişdi.
Azərbaycan Prezidenti İlham Əliyev isə Vardanyan haqqında deyib : "Hesab edirəm, vacib odur ki, Ermənistan əslində istədiyini açıq şəkildə elan edir. Əgər onlar Qarabağda ermənilərin hüquqları və təhlükəsizliyi barədə söhbət aparmaq istəyirlərsə, bu, alınmayacaq. Biz bu haqda Qarabağda yaşayan ermənilərlə danışmağa hazırıq, amma Moskvanın göndərdiyi, ciblərində rus xalqından oğurladığı milyardlarla pula sahib Vardanyan kimi insanlarla yox. O, Moskvadan oraya çox aydın gündəliklə göndərilib".
Tural Tağıyev
AzVision.az