1600-ə yaxın ukraynalı Rusiya əsirliyindən azad edilib

1600-ə yaxın ukraynalı Rusiya əsirliyindən azad edilib
  02 Yanvar 2023    Oxunub:720
2022-ci ildə 1596 ukraynalı Rusiya əsirliyindən vətənə qayıdıb.
AzVision.az xəbər verir ki, bu barədə Ukraynanın Müvəqqəti İşğal Olunmuş Ərazilərinin Reinteqrasiya Nazirliyi məlumat yayıb.

Məlumata görə, geri qayıdanların 1464-ü hərbi qulluqçu, 132-si isə mülki şəxslərdir.

Qeyd edək ki, Ukrayna Prezidenti Ofisinin açıqlamasına görə hələ də Rusiya əsirliyində 3000-dən çox ukraynalı var. Daha 15 min ukraynalı itkin düşüb.

AzVision.az



Teqlər: Ukrayna  





Xəbər lenti