Braziliya prezidentinə qarşı sui-qəsd cəhdi olub

Braziliya prezidentinə qarşı sui-qəsd cəhdi olub
  02 Yanvar 2023    Oxunub:908
Braziliya polisi prezident Lula da Silvanın andiçmə mərasiminə üzərində bıçaq və partlayıcı qurğu girməyə cəhd edən şəxsi saxlayıb.
AzVision.az -ın məlumatına görə, bu barədə “Reuters” hüquq-mühafizə orqanlarına istinadən xəbər yayıb.

Xatırladaq ki, oktyabrın 30-da Braziliyada prezident seçkilərinin ikinci turu keçirilib və Lula da Silva rəqibi Jair Bolsonaroya kiçik fərqlə qalib gəlib.

Noyabr ayında ölkənin ən yüksək seçki məhkəməsi Bolsonaronun partiyasının prezident seçkilərində səslərin bir hissəsinin ləğv edilməsi iddiasını rədd edib.

AzVision.az



Teqlər: Braziliya  





Xəbər lenti