İspaniyada “Castor” zirehli transportyorun sınaqları başa çatıb

İspaniyada “Castor” zirehli transportyorun sınaqları başa çatıb
  01 Yanvar 2023    Oxunub:822
İspaniyanın Müdafiə Nazirliyi “VCZAP Castor” zirehli transportyorunun prototipinin ixtisas sınaqlarının başa çatdığını elan edib.
Zirehli avtomobil uzaqdan idarə olunan silahlardan atəşin dəqiqliyi, buldozer bıçağından istifadə etmək, xəndəklər qazmaq və onu keçib keçmək qabiliyyətinə görə sınaqdan keçirilib.

“Castor” “General Dynamics”in Avropa bölməsi tərəfindən “ASCOD” piyada döyüş maşını əsasında hazırlanıb. Zirehli transportyorun İspaniya ordusuna 2023 və 2024-cü illərdə təhvil verilməsi nəzərdə tutulub.

AzVision.az


Teqlər:





Xəbər lenti