ABŞ-ın Şərqi Asiyada problemləri yarana bilər

ABŞ-ın Şərqi Asiyada problemləri yarana bilər
  01 Yanvar 2023    Oxunub:918
Amerikanın “The Washington Post” qəzetinin köşə yazarı Ceyson Uillik Şərqi Asiyada mümkün problemləri ABŞ-ın Ukrayna işlərində iştirakının məhdudlaşdırılmasının lehinə olan arqumentlərdən biri adlandırıb.
Nəşr qeyd edib ki, strateji baxımdan Şərqi Asiya regionu ABŞ üçün Şərqi Avropadan daha vacibdir və orada ABŞ Çinin simasında qat-qat ciddi rəqiblə üz-üzədir.

Belə ki, Ukraynaya hərbi dəstəyin indiki tempində ABŞ Şərqi Asiyada kifayət qədər çəkindirici gücə malik olmayacaq, ona görə də Ukraynaya yardımı məhdudlaşdırmağa dəyər.

“Vaşinqton üçün müharibəni ABŞ daxilində onun yolunda hər şeyi təhrif edən mədəni münaqişələrdən qorumaq daha məhsuldar olardı. Bu, Ukraynaya dəstəyi açıq ideoloji missiya kimi deyil, milli suverenliyin məhdud müdafiəsi və ABŞ-ın hərbi qüdrətinin nümayişi kimi şərh etmək deməkdir” - , yazar bildirib.

AzVision.az



Teqlər:





Xəbər lenti