Hindistanda kimyəvi zavodda partlayış olub

Hindistanda kimyəvi zavodda partlayış olub
  01 Yanvar 2023    Oxunub:825
Hindistanın Maharaştra ştatının Nasik rayonunda kimyəvi zavodda partlayış baş verib.
Zavodda hələ bilinməyən səbəbdən kimyəvi maddələri qarışdıran qazan partlayıb. Nəticədə iki nəfər ölüb. Partlayış o qədər güclü olub ki, yaxınlıqdakı kəndlərdə eşidilib. Yanğın və tüstü uzaqdan görünür.

Hazırda fabrikdən 19 nəfər xilas edilib, onlardan 17-si yerli klinikaya yerləşdirilib, yaralılardan dördünün vəziyyəti ağırdır.


AzVision.az



Teqlər:





Xəbər lenti