Kolumbiya hökuməti silahlı qruplarla atəşkəs əldə etdi

Kolumbiya hökuməti silahlı qruplarla atəşkəs əldə etdi
  01 Yanvar 2023    Oxunub:946
Kolumbiya hökuməti ölkədə fəaliyyət göstərən beş ən böyük silahlı qrupla 6 aylıq atəşkəs barədə razılıq əldə edib.
AzVision.az “Əl-Cəzirə”yə istinadla xəbər verir ki, bu barədə Prezident Qustavo Petro Yeni il ərəfəsində bildirib.

Ölkənin ilk solçu Prezidenti olan Petro 1985-2018-ci illər arasında ən azı 450 min insanın ölümünə səbəb olan, demək olar ki, altmış ildir davam edən daxili münaqişəyə son qoymağı vəd edib.

AzVision.az



Teqlər:





Xəbər lenti