Şimali Koreya Yeni ili raket atışı ilə qarşıladı

   Şimali Koreya Yeni ili raket atışı ilə qarşıladı
  01 Yanvar 2023    Oxunub:823
Koreya Xalq Demokratik Respublikası (KXDR) Şərq (Yapon) dənizi istiqamətində ballistik raket buraxıb.
Bu barədə Yonhap agentliyi Cənubi Koreya silahlı qüvvələrinin birləşmiş qərargahına istinadla məlumat yayıb. Qərargahdan bildirilib ki, bu, Şimali Koreyanın son iki gün ərzində ikinci belə təxribatıdır. Şimali koreyalı müşahidəçilər Seulun ötən həftə bərk yanacaqlı kosmik raketi sınaqdan keçirməsinə cavab olaraq Pxenyanın atəş gücünü göstərə biləcəyini söyləmişdilər. Növbəti gün isə KXDR Şərq dənizinə üç qısamənzilli ballistik raket atıb.

Hərbçilər hesab edirlər ki, bu, rəsmi Pxenyanın bir gün əvvəl Cənubi Koreyanın kosmik raket sınağına cavabı ola bilər.

Qeyd edək ki, KXDR Silahlı Qüvvələrinin rəhbərliyi Koreya Fəhlə Partiyası Mərkəzi Komitəsinin VI Plenumunun yekunlarına əsasən dəyişib. Mərkəzi Komitənin katibi, Hərbi Komitənin sədr müavini Pak Çonq Çon tutduğu vəzifədən azad edilib. O, ölkədə KXDR lideri Kim Çen Indan sonra baş hərbçi olub.

Onu əvvəllər müdafiə naziri postunu tutan Li Yonq Gil əvəz edəcək. Park Çunq Çon həm də Mərkəzi Komitənin Siyasi Bürosunun üzvü olub. Kan Sun Nam müdafiə naziri, Pak Su İl Koreya Xalq Ordusunun Baş Qərargah rəisi, Li Tae Seob isə ictimai təhlükəsizlik naziri təyin edilib.

AzVision.az



Teqlər:





Xəbər lenti