Rusiya ilin son günündə Kiyevə raket zərbələri vurub

Rusiya ilin son günündə Kiyevə raket zərbələri vurub
  31 Dekabr 2022    Oxunub:907
Bu gün - ilin son günü-bayram ərəfəsində Rusiya Ukraynanın paytaxt Kiyev də daxil olmaqla, əksər vilayətlərini raket və dron hücumlarına məruz qoyub.
AzVision.az xəbər verir ki,məlumatına görə, raket hücumları nəticəsində Kiyevin Peçerski rayonu ilə yanaşı, Solomensk rayonunda mülki obyektlər dağıntılara məruz qalıb. Kiyevdə 1 sakin həlak olub, 8 nəfər yaralanıb. Yaralananlardan biri Yaponiyadan olan jurnalist Vataru Sekitadır. Raketlərdən biri onun yaşadığı əraziyə düşüb.

Bundan başqa, Ukraynanın Vinnitsa, Nikolayev və digər vilayətlərində də dağıntılar və insan tələfatı olub.

AzVision.az



Teqlər: Kiyev   Raket-Hücumu  





Xəbər lenti