Putin hərbçilərin əhatəsində bayram müraciəti ünvanladı

 Putin hərbçilərin əhatəsində bayram müraciəti ünvanladı
  31 Dekabr 2022    Oxunub:906
Rusiya prezidenti Vladimir Putin xalqa yeni illə bağlı müraciət ünvanlayıb. O, ötən ili gələcəyin və müstəqilliyin əsasını qoyan mühüm hadisələr ili adlandırıb.
Rusiya lideri rusların cəsarət və ləyaqət nümayiş etdirdiyini, Ukraynada xüsusi əməliyyatların iştirakçılarını dəstəklədiyini vurğulayıb.

"Biz birlikdə qururuq və yaradırıq. Əsas Rusiyanın taleyidir. Vətənin müdafiəsi bizim əcdadlarımız və nəsillərimiz qarşısında müqəddəs borcumuzdur", - Rusiya prezidenti qeyd edib.

Putin deyib ki, həqiqət öz tarixi ərazilərində öz xalqını qoruyan Rusiyanın tərəfindədir.
Tural Tağıyev
AzVision.az



Teqlər: Putin  





Xəbər lenti