Görüntülər Rusiya telekanallarının da diqqətini çəkib. Qeyd edilir ki, hər iki şəxs diplomatdır və Moskvadakı səfirliyin binasına doğru səndələyərək çatmağa cəhd edirlər.
Krasnopresnenskaya sahilindən diplomatik korpusun girişinə keçməyə çalışan səfirlik əməkdaşlarının sərxoş görüntüləri yaxınlıqdakı binalardan birinin təhlükəsizlik kamerasına düşüb. Bildirilir ki, hadisə keçən həftə Moskvaya güclü qar yağan zamanı baş verib.
Rusiya Telegram kanallarında yayılan məlumatda isə bildirilir ki, boz rəngli papaqda olan bığlı kişi Stiven Cenkinsdir. Digər beysbol papağı taxan şəxs isə Ceyms Faşinqbauer olub. Onlar Amerikanın Rusiyadakı diplomatik missiyasının mühəndislik şöbəsinin əməkdaşlarıdırlar.
Tural Tağıyev
AzVision.az