Rusiya Ukraynada məşhur "Dana" haubitsalarını vurub

Rusiya Ukraynada məşhur    "Dana" haubitsalarını  vurub
  31 Dekabr 2022    Oxunub:1189
Rusiya hərbçiləri Donbasda Ukrayna Silahlı Qüvvələrinin artilleriya qurğularını vurub. AzVision.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Qeyd edilir ki, Seversk, Stupoçki və Fedorovka yaşayış məntəqələri ərazilərində dörd Amerika M777 artilleriya sistemi məhv edilib. Luqanskın Serebryanka kəndi ərazisində isə Çexiya istehsalı olan "Dana" özüyeriyən haubitsalar sıradan çıxarılıb.

Ümumilikdə, dekabrın 31-nə olan məlumata görə, Ukrayna Silahlı Qüvvələri 3759 yürüstü silahlar və minaatan itirib.

Bundan əlavə, Serebryanka bölgəsində Ukrayna hərbçiləri gün ərzində 140 nəfər, beş tank, yeddi zirehli maşın və dörd pikap itiriblər.

Tural Tağıyev
AzVision.az



Teqlər: Rusiya  





Xəbər lenti