Fəxri Roma Papası vəfat edib

Fəxri Roma Papası vəfat edib
  31 Dekabr 2022    Oxunub:755
Fəxri Roma Papası XVI Benedikt 96 yaşında ağır xəstəlikdən vəfat edib.
Bu barədə Vatikanın Mətbuat Xidmətinin nümayəndəsi məlumat verib. Qeyd olunub ki, XVI Benedikt bu gün səhər saat 9:34-də Vatikanda “Mater Ecclesiae” kilsəsində vəfat edib.

Xatırladaq ki, almaniyalı kardinal, ilahiyyatçı Yozef Ratzinger 2005-ci ildə sələfi II İohann Pavelin ölümündən sonra XVI Benedikt adını alaraq Roma papası seçilib. 2013-cü ildə o, son 600 ildə papalıqdan imtina edən ilk pontifik olub. Həmin vaxt 85 yaşı olan Benedikt qərarını Katolik Kilsəsini idarə etmək üçün gücünün olmaması ilə izah edib.

XVI Benedikt ömrünün son illərini Vatikan ərazisində yerləşən keçmiş monastır binasında fəxri Roma Papası kimi keçirib.

AzVision.az



Teqlər:





Xəbər lenti