İtirməkdə də yekdir

// İlon Mask ən çox pul itirən insan kimi tarixə düşdü

 İtirməkdə də yekdir
  31 Dekabr 2022    Oxunub:2165
"SpaceX" və "Tesla" şirkətlərinin rəhbəri İlon Maskın sərvəti 2021-ci ilin sonundan bəri 200 milyard dollardan çox azalıb. Bu, bir insanın dünya tarixində indiyə qədər itirdiyi ən böyük məbləğdir.
AzVision.az xəbər verir ki, bu barədə "Bloomberg" Agentliyi məlumat yayıb.

Belə ki, 2021-ci ilin noyabrında Maskın sərvəti təxminən 340 milyard dollar olub. Lakin təsis etdiyi elektrik avtomobil istehsalçısı "Tesla"nın səhmlərinin kəskin azalması, eyni zamanda "Twitter"i 44 milyard dollara almasından sonra hazırda Maskın aktivləri 137 milyard dollar dəyərində qiymətləndirilir. Bu, milyarderin son iki ildəki sərvətinin ən aşağı səviyyəsidir.

Qeyd edək ki, "Bloomberg"ə görə Mask milyarderlər sıralamasında ikinci sıradadır. Reytinqə LVMH şirkətlər qrupunun (Louis Vuitton Moet Hennessy) prezidenti Bernard Arnault başçılıq edir. Onun sərvəti təxminən 162 milyard dollardır.

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti