Dəhliz böhranı separatçı əsgərləri də vurdu: Ərzaqsız qalıblar

 Dəhliz böhranı separatçı əsgərləri də vurdu: Ərzaqsız qalıblar
  30 Dekabr 2022    Oxunub:1491
Xankəndi ermənisi Facebook statusuna görə "polis" tərəfindən saxlanılıb. AzVision.az xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.
Qeyd edilir ki, o, hərbi sirri açmaqla yanaşı guya dezinformasiya da yayıb.

“Dözümlü” separatçılar – FOTOLAR
"Dekabrın 26-da sosial şəbəkə istifadəçilərindən biri "Facebook"da belə bir məzmunda xəbər paylaşıb - "Əldə etdiyim məlumatlara görə, hərbi hissələr ərzaq təminatında problemlərin yaranması ilə bağlı məlumatlandırılırlar. Xüsusən də Ağdərə rayonunda yerləşən hərbi hissələr tədarükçüdən kifayət qədər və keyfiyyətli ərzaqlar ala bilmirlər. Mən aidiyyəti qurumları bu məsələyə diqqət yönəltməyə çağırıram”.

"Mamul" nəşri yazır ki, bu, qondarma rejimin rəhbərinin hərbi vəziyyətlə bağlı fərmanına qarşı təbliğat aparılması kimi də qiymətləndirilib. Separatçıların "polisi" yerli erməniləri sosial şəbəkələrdə qondarma rejimin "müdafiə qabiliyyəti" və "təhlükəsizliyi"ni pozan bu kimi məlumatlar yaymaqdan çəkinməyə çağırıb.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Xankəndi   Ərzaq   Separatçı  





Xəbər lenti