"Business Insider" Zelenskinin ABŞ-a gizli zəngi barədə məlumat yayıb
!["Business Insider" Zelenskinin ABŞ-a gizli zəngi barədə məlumat yayıb "Business Insider" Zelenskinin ABŞ-a gizli zəngi barədə məlumat yayıb](https://azvision.az/photos/2022/12/d93781a298b74ba094cc85dfccf94154-1672394027.jpg)
Nəşr yazır ki, Zelenski Senatda respublikaçılara rəhbərlik edən Makkonneli rusiyalı iş adamlarının müsadirə olunmuş aktivlərindən, o cümlədən yaxta və malikanələrdən əldə olunan gəlirləri Ukraynaya köçürməyə inandırmağa çalışıb.
Zelenskinin ABŞ-a səfərindən sonra Konqres sanksiyalar altına düşən rus oliqarxlarından müsadirə edilmiş mülk və vəsaitlərin Ukraynaya verilməsi haqqında sənəd qəbul edib. Nəşr qeyd edir ki, bu qərarın qəbul edilməsi Zelenskinin səfərdən əvvəl baş tutmuş gizli telefon danışığı ilə bağlıdır.
Tural Tağıyev
AzVision.az