Erməni polkovnikin oğlu güllələndi
// Atanın heyfini oğuldan alıblar
![Erməni polkovnikin oğlu güllələndi Erməni polkovnikin oğlu güllələndi](https://azvision.az/photos/2022/12/gndapeti-ordin-danaki-bazmativ-n256368-1-1672390891.jpg)
Polis və müstəntiqlər müəyyən ediblər ki, İrəvan Universitetinin 1 saylı xəstəxanasına çatdırılan həmin şəxs 35 yaşlı paytaxt sakini Eduard N. olub. Onun bədənində 10-dan çox kəsici-deşici alətlə vurulmuş zərbə izləri var. Eduardın atası keçmiş polis polkovniki Vardan Nadaryandır. O, həm də Şirak rayonunun polis şöbəsinin rəisi vəzifəsində çalışıb. Hadisə yerində olan vətəndaşlar bildiriblər ki, müəyyən qüvvələr pokovnikdən qisas almaq üçün oğlunu vurublar. Çünki keçmiş rəisin bir çox vətəndaşa külli miqdarda pul borcu olub", - nəşr yazıb.
Tural Tağıyev
AzVision.az
Teqlər: Ermənistan