Ukraynadan atılan raket Belarus ərazisinə düşüb

Ukraynadan atılan raket Belarus ərazisinə düşüb
  29 Dekabr 2022    Oxunub:1039
Ukrayna Silahlı Qüvvələrinə məxsus S-300 zenit raket sisteminə (ZRS) aid raket Belarus ərazisinə düşüb.
AzVision.az xəbər verir ki, bu barədə “BELTA” məlumat yayıb.

"Bu gün səhər saat 10:00-11:00 aralığında Ukrayna ərazisindən S-300 sistemi vasitəsilə atılan raket Belarus ərazisinə düşüb", - məlumatda deyilir.

Həmçinin əlavə olunub ki, yaranmış fövqəladə vəziyyətlə bağlı Belarus Prezidenti Aleksandr Lukaşenko məlumatlandırılıb.
AzVision.az



Teqlər:





Xəbər lenti