Rus politoloq: "Fransız əsgəri Qarabağda döyüşməyəcək "

      Rus politoloq:    "Fransız əsgəri Qarabağda döyüşməyəcək "
  29 Dekabr 2022    Oxunub:1609
"Ermənistanla Azərbaycan arasındakı ziddiyyətlər Serbiya və Kosovo ilə eynidir. Hər iki tərəfin bütün problemlərin həll olunacağı böyük bir günün gələcəyi ilə bağlı illüziyası var.
AzVision.az xəbər verir ki, bunu siyasi elmlər namizədi, Regional Problemlər İnstitutunun direktoru, politoloq Dmitri Juravlyov deyib.

"Ermənilər ümumiyyətlə fransızların onlara kömək edəcəyinə inanırlar. Amma bir dənə də olsun fransız əsgəri Qarabağda döyüşməz. Ermənilərlə azərbaycanlıların arasında yalnız ruslar dayana bilərdi.

Fransızlar bunu etməyəcək. Amerikalılar isə heç etməz. Ermənilər nə qədər çox ölsələr, amerikalılar üçün bir o qədər yaxşıdır".

O bildirib ki, Paşinyanın hakimiyyətə gəlməsi Ermənistanın Rusiyadan uzaqlaşmasına gətirib çıxarıb :

"Qarabağ "generalları" Ermənistanda uzun müddət hakimiyyətdə olublar. Başa düşürdülər ki, onları dəstəkləyə biləcək yeganə güc Rusiyadır. Çünki Rusiya yeganə ölkədir ki, hərbi bazalar, bufer zonalar yaratmağa hazırdır. Paşinyan isə başqa hərəkatın lideridir. Onun xəyalları belə idi: "Müharibə bitdi, bizə daha ruslar lazım deyil. Fransa bizə pul verəcək, Avropadakı kimi yaşayacağıq". Ermənistan çox kasıb ölkədir. Paşinyan autsayder, müxalifətçi, adi sorosçu idi. Amma insanlar onu dəstəklədilər, çünki onlarda belə bir hiss yaranmışdı ki, daha müharibə olmayacaq və hər şey gözəldir. Çatışmayan isə Qərbdən gələcək müftə puldur. Paşinyanın gəlişindən sonra müharibənin daha da şiddətlənəcəyini heç kim gözləmirdi.

Paşinyan erməni xarakterinin burjua tərəfində oynayır: əsas puldur. Qərbə inteqrasiya edəcəyik, varlanacağıq, hər şey əla olacaq".

Politoloqun fikrincə, Ermənistanın Rusiya ilə münasibətləri Qərbdən qat-qat yaxın olsa da, qarşı tərəf bunu düzgün qiymətləndirmir.

- Bəli, yaxındır, amma ermənilər qonşularla daha çox mübahisə edirlər. Uzaq ölkədən gələn qonaqla isə dalaşmırlar, hörmət edirlər, ona ləzzətli şam yeməyi yedizdirirlər, məmləkətin gözəlliklərini, örtüyü göstərirlər.

"Qonşuya nə göstərmək lazımdır? Onsuz da bizi hər formada görüblər" fikrinə hakimdirlər. Bizə də münasibət belədir.

Başqa bir məsələ odur ki, Ermənistan çox kasıb ölkədir, bu, təkcə iqtisadi deyil, həm də sosial göstəricidir. Fərdi insan yoxsulluq içində yaşayır, yorulub. O, Paşinyanı dəstəklədi, çünki birdən onunla daha yaxşı olacaq? “Cinayət və cəza” əsərində Marmeladovadan soruşurlar: “Bura niyə gəlmisən? Heç kim sənə kömək etməyəcək”. Paşinyan budur - getməyin mənası olmayan yerə getmək sadəlövh cəhddir, amma yenə də harasa getmək lazımdır".

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti