Deputat Arsenyanın oğlu silah daşıdığı üçün saxlanıldı

Deputat Arsenyanın oğlu silah daşıdığı üçün saxlanıldı
  29 Dekabr 2022    Oxunub:1099
Ermənistanda deputatın oğlu həbs edilib. AzVision.az xəbər verir ki, bu barədə kriminal xəbər saytı "Shamshiyan" məlumat yayıb.
Qeyd edilir ki, Ermənistan Polisinin yaydığı xəbərə görə İrəvanda 27 yaşlı bir gənc qanunsuz silah saxlamaqda şübhəli bilinərək saxlanılıb. Maştots və Buzand küçələrinin kəsişməsində olarkən polisə aparılan həmin gənc siyasətçilərdən birinin övladıdır.

"Saxlanılan şəxs Ermənistan Milli Assambleyasının “Vətəndaş müqaviləsi” fraksiyasından olan deputatı Qurgen Arsenyanın oğludur. Balaca Arsenyanda 2 balta və 16,5 sm ölçülü bıçaq aşkarlandığı üçün polisə aparılıb", - sayt yazıb.

Tural Tağıyev
AzVision.az



Teqlər: Ermənistan  





Xəbər lenti