Erməni məmur hərbi hissənin ərazisini satıb
![Erməni məmur hərbi hissənin ərazisini satıb Erməni məmur hərbi hissənin ərazisini satıb](https://azvision.az/photos/2022/12/8c2ab2ec-e11b-40bf-9f03-42ae422a25ea_850-1672316139.jpg)
Qeyd edilir ki, Milli Təhlükəsizlik Xidmətinin məlumatına görə, Kadastr Komitəsinin Vedidəki ərazi şöbəsinin müdiri (2005-2010-cu illərdə) idarənin digər əməkdaşları ilə əlbir olaraq xidməti vəzifəsindən məmur maraqlarına xələl gətirərək istifadə edib.
"O, “Yerasx 2” hərbi hissəsinə məxsus olan 0,9 hektarlıq “xüsusi təyinatlı” ərazini və orada yerləşən obyektləri heç bir ixtiyarı olmadan, mülki şəxsin adına rəsmiləşdirərək mülkiyyət hüququ verib",-məlumatda deyilir.
Eyni məmur daha bir oxşar əməliyyatı başqa ərazidə həyata keçirib. Bu dəfə o, qeyri-qanuni yollarla cəmi 4 milyona alınmış "Yerasx 1" hərbi hissəsinin 1,2 hektar ərazisini alıcılardan birinin adına rəsmiləşdirib.
Dekabrın 28-də prokuror keçmiş məmura qarşı cinayət təqibinə başlayıb. İşin materialları ittiham elan edilməsi üçün istintaqa göndərilib.
Tural Tağıyev
AzVision.az
Teqlər: Ermənistan