Zaxarova: "İrəvanın ittifaq dövlətinə qoşulacağına dair fakt göstərin"
![Zaxarova: "İrəvanın ittifaq dövlətinə qoşulacağına dair fakt göstərin" Zaxarova: "İrəvanın ittifaq dövlətinə qoşulacağına dair fakt göstərin"](https://azvision.az/photos/2022/12/dbd795edffeeda47b2115aed1bbf2-1672310656.jpg)
O, bunu deyənlərin kimə və ya hansı dəlillərə istinad etməsi, ümumiyyətlə ortada faktların olub-olmaması ilə maraqlanıb. Rusiya rəsmisi "heç olmasa hansısa fakt olmalıdır" deyib.
Qeyd edək ki, bundan öncə Peskov da demişdi ki, bu dezinformasiyadır. Rusiya rəsmilərindən heç biri Ermənistanın İttifaq dövlətinə qoşulacağı ilə bağlı heç bir ifadə işlətməyib.
Xatırladaq ki, bir neçə gün öncə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan qalmaqallı açıqlamalar vermişdi. O, İctimai Televiziyaya müsahibəsində Rusiyanı İrəvana İttifaq dövlətinə qoşulmaq üçün təzyiq göstərməkdə və Azərbaycana dəhliz verməkdə ittiham etmişdi. O qeyd edib ki, belə bir struktura qoşulmaq Ermənistanın suverenliyini itirməsi demək olacaq.
Tural Tağıyev
AzVision.az
Teqlər: Ermənistan