Moldova Ukrayna ilə sərhədi bağlayıb

   Moldova Ukrayna ilə sərhədi bağlayıb
  29 Dekabr 2022    Oxunub:1037
Moldova Ukrayna ilə sərhədin bir hissəsini bağlayıb. Bu barədə Moldova sərhəd polisinin Telegram kanalında məlumat verilib.
Bildirilib ki, sərhəd polisi təhlükəsizlik məqsədilə sərhədin Moldova-Ukrayna hissəsində bütün nəzarət-buraxılış məntəqələrinin işini dayandırıb.

Sürücülərə həmçinin yaxınlıqdakı digər keçid məntəqələrini seçmək və ya hətta Ukraynaya səfərlərini təxirə salmaq tövsiyə olunub.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti