Məsələn, Ermənistanın keçmiş baş naziri Hrant Baqratyan "168" telekanalının efirində diqqət çəkən açıqlamalar verib. O iddia edib ki, guya Laçın dəhlizinin bağlanmasında İrəvan da maraqlı olub: “Artıq yeni xəyanətkar sənədlər imzalanıb. Paşinyan başa düşür ki, indi bunu açıqlasa, xalq üsyana qalxacaq. Əgər Azərbaycanın tələbləri yerinə yetirilərsə, ortada Ermənistana aid 14-15 min kvadratmetr ərazi qalacaq. Hazırda biz yalnız erməni ordusunun yenidən təşkilatlanmasına ümid etməliyik. Ordu döyüşlərlə Xankəndinə başqa istiqamətdən yeni yol açmalıdır”.
Eks- baş nazir onu da vurğulayıb ki, bütövlükdə Rusiyanın maraqları Ermənistan Respublikasının maraqları ilə ziddiyyət təşkil etmir. Lakin Paşinyan Qərblə müəyyən oyunlar oynayır. Putin isə açıq şəkildə deyir: "Siz nə edirsiniz axı? Səni mən xilas etmişdim!".
“Nikol Paşinyan, sən nə edirsən? Siz mətbuatı anti-Rusiya əhval-ruhiyyəsi ilə yükləmisiniz. Hətta bütün bunlardan sonra parlamentdənkənar qüvvələrlə görüşlər keçirir, yenə də anti-Rusiya ab-havası yaradırsınız. Nikol, budur sənin xarici siyasətin? Azərbaycanla Türkiyə düşmənimiz idi. İndi isə siz Rusiya ilə İranı bizə düşmən edirsiniz?”, - Baqratyan gileylənib.
Tural Tağıyev
AzVision.az