![]() |
Ermənistan parlamenti Daxili İşlər Nazirliyinin yaradılmasını təsdiqlədi |
Qeyd edək ki, yerli media Ermənistan Polisini hər zaman Nikol Paşinyanı ayaq saxlayan qurum adlandırıb. Çünki inqilabla hakimiyyətə gələn Paşinyan uzun müddət əsas güc strukturlarına nəzarət edə bilməyib. Nə ordu, nə məhkəmə sistemi hakim komandanın əlinə işləməyib. Yeni yaranacaq DİN rəhbəri vəzifəsinə isə bir neçə aydır 4 namizədin adı çəkilir. Bunlar Dövlət Nəzarət Xidmətinin rəhbəri Romanos Petrosyan, Armen Pambuxçyan, deputat Armen Xaçatryan və Ermənistan polisinin cari rəhbəri Vaqe Kazaryandır.
Xatırladaq ki, Ermənistan hökuməti noyabrın sonu ölkədə Daxili İşlər Nazirliyinin yaradılması barədə qərar qəbul edib. Nazirliyin tərkibinə üç qurum - Polis Xidməti, Xilasetmə Xidməti və Miqrasiya Xidməti daxil ediləcək. Bununla yanaşı, ölkənin Fövqəladə Hallar Nazirliyinin ləğv ediləcəyi qeyd olunub. Ermənistan hökumətinin sözügedən qərarı artıq parlament tərəfindən təsdiq olunub.
Tural Tağıyev
AzVision.az