"Son sutkada Rusiya ordusunun İran istehsalı olan 11 PUA-sı vurulub" - Baş Qərargah

   "Son sutkada Rusiya ordusunun İran istehsalı olan 11 PUA-sı vurulub" -    Baş Qərargah
  29 Dekabr 2022    Oxunub:766
“Ukrayna silahlı qüvvələri son sutka ərzində 11 “Şahed-136” pilotsuz uçuş aparatlarını (PUA) məhv edib.
AzVision.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Rusiya PUA-lar vasitəsilə Xarkov şəhərinin enerji infrastrukturuna zərbə endirib.

Məlumata görə, son sutkada Rusiya ordusunun təxminən 230 hərbçisi yaralanıb: Ötən sutka ərzində Ukrayna aviasiyası Rusiya ordusunun cəmləşdiyi ərazilərə 17, zenit-raket komplekslərinin mövqelərinə isə 4 zərbə endirib. Ukrayna Müdafiə Qüvvələrinin raket qoşunları və artilleriya bölmələri 5 idarəetmə məntəqəsini, canlı qüvvənin cəmləşdiyi 3 ərazini və işğalçıların silah-sursat anbarını vurub.

Xatırladaq ki, Rusiya ilə Ukrayna arasında savaş bu il fevralın 24-də başlayıb.

AzVision.az


Teqlər:





Xəbər lenti